Ölkə 22:52 08.11.2017

“Bakı Metropoliteni” iradları nəzərə aldı

Bakı metrosunun vaqonlarında hamilə qadınların, qocaların oturacaqlarda əyləşməsini işarə edən stikerlər demək olar ki, görsənmir. Belə ki, vaqonlarda reklam materiallarının bəziləri həmin stikerlərin yerləşdiyi şüşələrin üstünə vurulub. Nəticədə stikerlər görünməz hala düşüb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, sərnişinlərin iradları nəzərə alınaraq, bununla bağlı işlərə başlanılıb. 

"Həmin stikerlər çıxarılıb, üst şüşələrdən yapışdırılacaq. Həmçinin vaqonların qapılarında olan "Söykənməyin” stikerlərinin də yeri dəyişdiriləcək. Bununla bağlı artıq işlərə başlanılıb”.

Qaynarinfo.Az