Ölkə 10:56 26.09.2022

Bakı-Qazax yolunda iki avtobus toqquşdu: 15 sərnişin xəsarət aldı (YENİLƏNİB)

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Bu barədə Qaynarinfo-ya TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcəkdir.

10.50
 
Ağstafada iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş berib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətədə olan "Mersedec Sprinter" və "QAZel" markalı sərnişin avtobuslarının toqquşması nəticəsində 15 sərnişinin xəsarət aldığı bildirilir.