Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən alan şəxs tutuldu

Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən alan şəxs tutuldu

Paytaxt sakininə qarşı quldurluq edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək "KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR