Ölkə 21:40 05.06.2020

Bakı sakininin evindən silah-sursat tapıldı

Paytaxt sakini E.Abdullayevin evindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini E.Abdullayevin Biləcəri qəsəbəsindəki evindən "VALTER” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.