Ölkə 19:53 14.01.2020

Bakı-Sumqayıt yolunda hərəkət dayandı

Bu dəqiqələrdə Bakı-Sumqayıt yolunda böyük tıxac yaşanır.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Xırdalan dairəsindən "Qaçqınkom"un binasına qədər avtomobillərin hərəkəti tamamilə dayanıb. Hazırda 20 Yanvar dairəsindəki körpünün üstü və altında hərəkət yoxdur. 

Qeyd edək ki, tıxaca səbəb Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən keçən hissəsində aparılan işlərdir.