Ölkə 12:44 03.12.2021

Bakı və Abşeronda güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qaynarinfo-nun xəbər verir ki, dekabrın 5-6-da Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 5-6-da ölkə ərazisində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.