Ümumilikdə 300-dən 1500-ə qədər dayanacaq tikiləcək
Yolların kənarında dayanan, hərəkətə mane olan, tıxac yaradan avtomobillərin yollardan yığışdırılması üçün şəhərin mərkəzində 100-dən artıq dayanacağın tikilməsi planlaşdırılır.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyindən Qaynar.info-ya verilən xəbərə görə, avtodayanacaqların tikilməsi 2013-2015-ci illərin tədbirlər planına salınıb. Avtomobillər üçün həm yeraltı, həm də yerüstü dayanacaqlar tikiləcək.
Ümumilikdə 300-dən 1500-ə qədər dayanacaq tikiləcək. Bu il şəhərin giriş-çıxışında onlardan bir neçəsinin təməli qoyulacaq.
Qaynar.info
Şərhlər