Xəbər lenti

Bakıda 20 Yanvar günü havaya fişəng atan şəxs tutuldu
Ölkə 10:57 21.01.2021

Bakıda 20 Yanvar günü havaya fişəng atan şəxs tutuldu

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->