Bakıda anoloqu olmayan kitab dükanı açıldı - “Kitabıstan”

Bakıda anoloqu olmayan kitab dükanı açıldı - “Kitabıstan”

Azərbaycanda ilk dəfə oxucu son dərəcə əlverişli qiymətə kitab təklif edəcəyi deyilən kitab mağazası açılıb.

Qaynarinfo xəbər verir ki, mağazanın özəlliyi hansısa sahibkarın deyil, məhz oxucuların hesabına açılmasıdır. Yeni yaradılan kitab dükanı "Kitabıstan” adlanır.

Mağazanın açılması üçün kampaniya başladan gənclər redaksiyamıza bunları deyib:

"Bir neçə ay bundan əvvəl kitab qiymətlərinin ucuzlaşdıra bilməyimiz üçün öz oxucularımıza müraciət edib "Kitabıstan mağazası açaq” ianə kampaniyasına başlamışdıq. Odur ki, gözlənilən gün gəldi. Bu gün, yəni 21 oktbyabrdan etibarən "Kitabıstan” mağazası açılır. Bu münasibətlə sizi gün ərzində əlverişli qiymətə kitab ala bilmək, oxumaq, oxutmaq üçün "Kitabıstan” mağazasına dəvət edirik. Yerimiz balaca olduğu üçün açılış tədbiri olmayacaq. Amma sizi "Kitabıstan” mağazasında görməkdən şad olacağıq.

Bu aylar ərzində bilməyinizi istəyirik ki, çox çalışmışıq və çalışmalarımız hələ tam yekunlaşmayıb. Amma olsun, biz də "Kitabıstan” mağazası işləyə-işləyə çalışmalarımızı yekunlaşdıracağıq. Bilməyinizi istəyirik ki, söz verdiyimiz kimi:  

- Bütün nəşrlərimizin qiymətini aşağı salmışıq. 

- Kitabıstan mağazasında satılacaq digər bütün kitabların qiyməti də sizin cibinizə zərər vurmayacaq qiymətdə olacaq. 

- Gənc yazıçıların kitablarını satmaq üçün faiz almayacağıq.

Dəvət edirik, gəlin və görün. "Kitabıstan” mağazası açaq" kampaniyasına mənəvi, maddi, yazıları ilə dəstək olan hər bir "Kitabıstan” vətəndaşına təşəkkür edirik. Mağazaya gələndə şəkil çəkdirməyi unutmayın”. 

Qeyd edək ki, "Kitabıstan” "28 May” metrostansiyasının yaxınlığında yerlkəşir. (Heydər Əliyev adına Respublika Sarayının arxasındakı keçid). Əlaqə üçün 070 537 21 84 nömrəsinə zəng vura bilərsiniz.
XƏBƏRLƏR
BLOGLAR