Fövqəladə Hallar Nazirliyi (FHN) problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib.
Qaynarinfo nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.
Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.
Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar. Əməliyyat başa çatıb.
Şərhlər