Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük təhlükə yaranıb. Təhlükə sürüşmə ilə bağlıdır.
Qaynarinfo xəbər verir ki, baş nazirin müavini Hacıbala Abutalıbov modern.az-a faktı təsdiqləyib:
"Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər də buradadır. İclas keçirilir. Narahatlıq üçün əsas yoxdur”.
Baş nazirin müavini iclasdan sonra ictimaiyyətə geniş açıqlama verəcəyini vurğulayıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.
Şərhlər