"Hazırda Cəlil Məmmədquluzadənin Bakıda heykəlinin ucaldılması istiqamətində müvafiq işlər görülür. Bu işlərin sonunda Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılmasına başlanacaq. Təbii ki, heykəlin ucaldılacağı yer hələ ki, müəyyənləşdirilməyib”.
Qaynarinfo xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib.
V.Əliyev bildirib ki, Ekspertlərin rəyi ilə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək: "Heykəlin ucaldılması üçün Yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq. Bilirsiniz ki, buna zaman lazımdır. Çünki, əvvəla, heykəllə bağlı müsabiqə təşkil olunacaq. Müsabiqədən sonra heykəlin kimin tərəfindən hazırlanacağı məlum olacaq və yalnız ondan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq. Bilirsiniz ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır".
Şərhlər