Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakıda 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
XƏBƏRLƏR
BLOGLAR
X