Bakının Nizami rayonunda partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, OilGas.az-ın əldə etdiyi məlumata görə, "Azəristiliktəchizat” ASC-nə məxsus qazanxanada baş vermiş partlayış nəticəsində ətrafda yerləşən yaşayış binalarına ciddi ziyan dəyib.
Hadisə Nəsimi küçəsində, "İnter Turan” mebel mərkəzinin arxa hissəsində baş verib.
Dərhal hadisə yerinə güc struktları cəlb olunub. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma başlanıb.
Şərhlər