Video 22:51 02.08.2021

Bakıda dəhşətli qəzanın anbaan videosu

Bu gün Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Toyota" markalı, 90-FD-955 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək əvvəlcə piyadanı vurub, daha sonra yolun kənarında dayanan üç avtomobilə çırpılıb. 

Yol-nəqliyyat hadisəsi nəticəsində təxminən 30 yaşında olan piyada dünyasını dəyişib. /"Qafqazinfo"