Bakıdakı restoranlardan birində təklif olunan yeməklərin qiyməti "dodaq uçuqladır”.
Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən "OroNero Bar & Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir.
Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət CAVIALE-BAKU OSETRA CAVIAR yeməyini dadmaq istəyənlər nə az, nə çox düz 1520 manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250 qramı verilir.
"OroNero Bar & Ristorante” orijinal İtalyan mətbəxi nümunələri, müxtəlif kokteyl və şərab növləri təqdim edir.
Restorana yalnız əvvəlcədən rezervasiya etməklə getmək mümkündür.
Şərhlər