Xəbər lenti

Ölkə 19:36 02.09.2018

Bakıda hündürmərtəbəli binada yanğın oldu

Bakıda yanğın qeydə alınıb.

Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb. Yüksək temperaturdan 2 ədəd su sayğacı, 5 p.m su borusu və 5 p.m elektrik kabeli əriyib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?