Sabah səhər saatlarından etibarən Xətai rayonu, "NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Qaynarinfo-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq həmin küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu səbəbdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.
Şərhlər