Xəbər lenti

Bakıda İtaliya opera günləri keçiriləcək
Sənət 14:03 01.05.2018

Bakıda İtaliya opera günləri keçiriləcək

"Azərbaycanda İtaliya mədəniyyətinə böyük sevgi görürük".

Qaynarinfo xəbər verir ki, bunu Bakıda təşkil olunacaq "İtaliya opera günləri" ilə bağlı keçirilən mətbuat konfransında İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib. O, tədbirin məşhur italiyan bəstəkarı Coakkino Rissininin ölümünün 150 illiyi münasibətilə keçiriləcəyini diqqətə çatdırıb.
 
Səfir bildirib ki, belə bir ideya ötən il ortaya çıxıb və tədbirin keçirilməsi ilə bağlı razılıq Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayevlə görüş zamanı əldə olunub.

"Bu tədbir italyan bəstəkarı Coakkino Rossininin ölümünün 150 illiyinə həsr olunur. May ayında bir neçə tədbir təşkil edəcəyik. Tədbir çərçivəsində Rossininin "Sevilya bərbəri" və Cakomo Puççininin "Madam Batterflay" operası nümayiş olunacaq, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının foyesində "CARA ITALIA, ALFIN TI MIRO" adlı sərgi keçiriləcək", - deyə A.Massari bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->