Xəbər lenti

Ölkə 11:29 27.04.2016

Bakıda kriminal aləmin nüfuzlu şəxsləri saxlanıldı

Bakıda kriminal aləmin nüfuzlu şəxsləri hesab edilən üç nəfər saxlanılıb.

“Report”un xəbərinə görə, Sabunçu rayonunda kafelərdən birində baş tutan əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Tutulan şəxslərin üzərindən və avtomobillərindən ümumilikdə üç ədəd silah - “Kalaşnikov” avtomatı, “Makarov” və “Naqan” tapançaları, habelə, narkotik maddə olan heroin götürülüb.

İlkin məlumata əsasən, tutulan şəxslər “Lotu Quli” kimi tanınan, hazırda həbsdə olan Nadir Səlifova yaxınlığı ilə tanınan şəxslər olub.

Qaynarinfo.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?