Dekabrın 5-də Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib.
Agentlikdən Qaynarinfo-ya verilən məlumata görə, törətdiyi hadisəni etiraf edən Zahid Abbasov əməlindən peşman olduğunu bildirib. Həmçinin, o, digər sürücüləri də yol hərəkəti qaydalarını pozmamağa çağırıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər