Ölkə 16:11 27.07.2021

Bakıda məşhur restoran müştərilərinə bunu qadağan etdi (FOTO)

Paytaxtın ən məşhur restoranlarından olan "Qoşa Qala"  maraqlı addım  atıb. 

Qaynarinfo xəbər verir ki,  restorana aid xüsusi dress-kod təyin olunub. Belə  ki, restoran müdiriyyəti şort və dabanıaçıq ayaqqabı ilə (başmaqla) girişi qadağan edib.  Hətta, restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmədiyi  bildirilib. 

Bu barədə "Qoşa Qala" restoranının rəsmi  "İnstagram" hesabında məlumat paylaşıb.