Xəbər lenti

Bakıda müxtəlif təyinatlı obyektlərdə yanğın olub
Ölkə 22:41 06.03.2020

Bakıda müxtəlif təyinatlı obyektlərdə yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.

Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->