Ölkə 19:55 26.09.2020

Bakıda poliklinikanı pozğunluq yuvasına çevirdilər

Bakının Səbail rayon polisinə klinikalardan birinin mühafizəçisi barəsində şikayət daxil olub.

Qaynarinfo bildirir ki, Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

8-ci Polis Bölməsinin ərazisində yerləşən tibb müəssisəsinin rəhbərliyi Sədrəddin adlı bir mühafizəçinin iş yerini pozğunluq yuvasına çevirdiyini və gecə oraya fahişələri gətirdiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır. Şübhəli hələ tutulmayıb.