Xəbər lenti

“Bakıda porno yoxdur” - Azərbaycanlı aktrisa
Maqazin 11:53 08.09.2014

“Bakıda porno yoxdur” - Azərbaycanlı aktrisa

Ana olmağa hazırlaşan aktrisa Türkan Əliyevanın porno filmə çəkiləcəyi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, Dubayda çəkilişləri baş tutacaq porno film üçün aktrisaya 2 min manat veriləcək. 

"Qafqazinfo"ya açıqlamasında aktrisa yayılan məlumatların yalan olduğunu bildirib:

“Mən bunu sizdən eşidirəm. Bilmirəm həmin aktrisa kimdir. Amma bu obrazı canlandırmağı  bacarırsa, normal bir şeydi. Aktrisa dediyin bütün rolları ifa etməyi bacarmalıdır. Həmin aktrisa mən deyiləm. Hamilə olmağım isə doğrudur. 

Bir də onu deyim ki, müsahibələrimin birində xarici aktrisa olsam, orada yaşasam porno filmə çəkiləcəyimi demişdim. Çünki orada normal qəbul olunur. Lakin Bakıda porno yoxdur. Azərbaycan belə şeyləri qəbul etmir”.   

Qeyd edək ki, Türkan Əliyeva “ATV”də yayımlanan “Qız yükü” serialında canlandırdığı  yataq səhnəsi ilə gündəmə gəlmişdi.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->