Xəbər lenti

Bakıda şagird məktəbi bir-birinə qatdı: 9 nəfər zəhərləndi
Ölkə 12:34 10.10.2018

Bakıda şagird məktəbi bir-birinə qatdı: 9 nəfər zəhərləndi

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hadisə ilə əlaqədar məktəbə Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib: "Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri sabitdir".

76 nömrəli tam orta məktəbdən məlumatda isə bildirilib ki, oktyabrın 10-da saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb: "Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->