Paytaxtda dayanma-durma qaydasını pozaraq yolu kəsən sürücünün görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qaynarinfo Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Göy məscidin yanında baş verib. 10-PZ-515 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü duracaq yeri ilə işarələnmiş 5.15 nişanının yanında avtomobili səkidə park edərək piyadaların hərəkətini məhdudlaşdırıb.
Onun bu hərəkəti sosial şəbəkələrdə sərt tənqid edilib, əlillər tərəfindən hiddətlə qarşılanıb.
Şərhlər