Bakıda tanınmış şəxsin polkovnik oğlu vəfat etdi

Bakıda tanınmış şəxsin polkovnik oğlu vəfat etdi

Polis polkovniki Vüqar Zeynalov vəfat edib.

Qaynarinfo Publika.az-a istinadən xəbər verir ki, uzun müddət daxili işlər orqanlarında xidmət etmiş və bir sıra rəhbər vəzifələri tutmuş V.Zeynalov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, vəfat edən polkovnik bir vaxtlar Azərbaycanda böyük nüfuzu olan Respublika Korlar Cəmiyyətinin mərhum sədri Arif Zeynalovun oğludur. A.Zeynalov ölkədə fiziki məhdudiyyətli şəxslər, xüsusi ilə uşaqlar üçün bir sıra mərkəzlərin, eləcə də məktəblərin yaradılması kimi işləri ilə tanınıb.

Allah rəhmət eləsin!
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR