Bakıda ticarət mərkəzləri niyə tez-tez yanır?

Bakıda ticarət mərkəzləri niyə tez-tez yanır?

"Düşünürəm ki, dövlət qurumların fəaliyyətinin təkmilləşdirilməsi və məsuliyyətsiz prezampulasına son qoymaq üçün müəssisələrin təhlükəsizliyi məsələlərinə cavabdeh olan qurumların fəaliyyətinə nəzarət gücləndirilməlidir. Hər hansı bir qurum fəaliyyət sahəsində baş verən çatışmamazlığa görə birbaşa cavabdehlik daşımalı və cəzalanmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Azərbaycanda ticarət mərkəzlərində tez-tez yanğın hadisələrinin baş verməsinin səbəblərindən danışarkən deyib. Həmsöhbətimizin fikrincə, bu istiqamətdə nəzarəti təşkil etməli olan dövlət qurumları üzərlərinə düşən öhdəlikləri müvafiq şəkildə yerinə yetirmirlər:



"Diqlas”da baş verən yanğın zamanı ekosistemin problemlərəni araşdırmışdıq. Ortaya çıxan əsas məsələ odur ki, bu istiqamətdə nəzarəti təşkil etməli olan dövlət qurumları üzərlərinə düşən öhdəlikləri müvafiq şəkildə yerinə yetirmirlər. Bir çox hallarda qeyri-rəsmi ödənişlər qarşılığında nəzarəti həyata keçirməli olan qurumlar ticarət mərkəzlərində normativlərə əməl edilməməsinə, obyektin tikinti şərtlərinə cavab verməməsinə göz yumur. Elektrik sisteminin qoşulması, qaz sisteminin quraşdırılması, texniki tələblərə cavab verməməsi kimi məsələlərə də bir çox hallarda göz yumurlar”. 

Ekspert qeyd edir ki, icarədarlarla ticarət obyektlərinin sahibkarları arasında əməkdaşlıq normativlərə əməl edilməməsi şəklində qurulub:
 
"Sahibkarlar özləri də məsələyə münasibətdə müəyyən qədər qeyri-adekvat davranır. Xüsusən də icarədarlarla sahibkarlar arasında normativlərə əməl etmədən əməkdaşlıq münasibətləri qurulur. Ərazilərdə məsafə normalarına əməl edilmir. Hətta təhlükəli zonaların özləri belə daha çox gəlir götürmək adı ilə icarədarlar tərəfindən biznes məqsədilə istifadə üçün icarəyə verilir. Belə olan halda isə təhlükəsizliklə bağlı risqlər də artır. Təcrübə göstərir ki, təhlükəsizlik məsələlərinə cavabdeh olan qurumların razılığı olmadan heç bir müəssisə fəaliyyət göstərə bilməz. Sadəcə onlar çatışmamazlıqlara göz yumurlar”. 

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonunda, "Metro-City” ticarət mərkəzinin ətrafında yanğın baş verib.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X