Sənət 16:32 15.09.2021

Bakıda yeni formatda Milli Kitab Satış Sərgisi – İlk dəfə

Bakıda Milli Kitab Satış Sərgisi keçiriləcək.

Bu barədə Qaynarinfo-ya "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məlumat verib.

O bildirib ki, sözügedən sərgi oktyabrın 1-dən 10-na kimi Əl Oyunları sarayında keçiriləcək:

"3-4 ildən sonra bu, Azərbaycanın ən böyük sərgisi kimi ad qazanacaq. Əl toxunulmayan notları belə dinləndirəcəyik. Əlli mindən çox kitab, 30% dən başlayan endirimlər, yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, müsiqili proqramlarıyla kitabsevərlərin görüşünə gələcəyik. Bu sərgidə yalnız nəşriyyatlar yox, kitabçılar, kitab kollektorları, bukinistlər də iştirak edəcəklər. Şəxsi kitab rəflərində artıq görünən kitabların da ikinci əl satışı olacaq”.

Şahbaz Xuduoğlu onu da əlavə edib ki, sərgidə musiqiçilər öz CD-lərini, rəssamlar isə rəsmlərini sata biləcəklər.

Bahar Rüstəmli