Xəbər lenti

Bakıda yeni hava limanı açılır
Ekonomiks 10:16 08.03.2014

Bakıda yeni hava limanı açılır


"Azərbaycan Hava Yolları" QSC 2014-cü ilin mart ayında Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin sınaq rejimində istismara verilməsinə başlamağı planlaşdırır. Bunu Trend-ə QSC-dəki mənbə deyib.

Onun sözlərinə görə, indiki halda söhbət yeni kompleksin yalnız bir sahəsindən gedir: "Test işlərinin aparılması üçün həmin sahəyə daxili aviareyslər həyata keçiriləcək. Martın ortalarında yeni binanın sahələrindən birini işə salmaq planlaşdırılır. Həmin sahə yerli istiqamətlər, xüsusilə Naxçıvan Muxtar Respublikası üzrə təyyarələrin göndərilməsinə görə cavabdeh olacaq".

Mənbə qeyd edib ki, bu, bütün sistemləri sınaqdan keçirməyə və yeni obyektin istismara tam hazır olmasını müəyyənləşdirməyə imkan verəcək.

Mənbə daha əvvəl bildirmişdi ki, yeni aerovağzal kompleksi 2014-cü ilin yazında istismara verilə bilər.

Yeni aeroport üç milyon sərnişinə xidmət edəcək. Kompleksin sahəsi 58 min kvadratmetr təşkil edəcək. Yeni təyyarə vağzalının dördmərtəbəli binası üçbucaq formasında olacaq. Yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq. Burada beynəlxalq aviasiyada istifadə edilən ən son elmi-texniki nailiyyətlər tətbiq ediləcək.

Yeni təyyarə vağzalında sərnişinlərə xidmət ən yüksək beynəlxalq standartlara uyğun təşkil ediləcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->