Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yol ötürücü tikilir. Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yol qovşağı kompleksinə daxil olan növbəti yol ötürücü dəmir yolu xətti üzərindən keçir.
Tikintisi nəzərdə tutulan yol ötürücüsü Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunur.
Yol ötürücüsünün uzunluğu 31m, eni isə 14,5 m təşkil edəcək.
Qeyd edək ki, hazırda 1-ci dayağın tikintisi ilə əlaqədar svay-qazma işləri həyata keçirilir.
Qaynar.info
Şərhlər