Ölkə 12:30 10.05.2021

Bakıda zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasından insan ayağı aşkarlanıb.

Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, hadisə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda qeydə alınıb.

Belə ki, həmin əraziyə çeşidlənmək üçün gətirilən tullantıların arasından insan ayağı tapılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.