Xəbər lenti

Ekonomiks 10:28 10.09.2018

Bakıdakı 6 müntəzəm marşrut xətti müsabiqəyə çıxarıldı

Bakı Nəqliyyat Agentliyi (BNA) 1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb.

Bu barədə Qaynarinfo-ya BNA-dan verilən məlumatda bildirilir.

"Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqədə iştirak etmək istəyənlər BNA-ya müraciət edə bilərlər", - mılumatda qeyd olunub. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->