"Ferrari” brendinin Azərbaycanda rəsmi nümayəndəliyi olan "Ferrari Store Azerbaijan” fəaliyyətini dayandıracaq.
Qaynarinfo Baku.ws-ə istinadən xəbər verir ki, mağaza 5 avqust 2019-cu ildə bağlanacaq.
Mağazanın hansı səbəbdən bağlanacağı məlum deyil. Qeyd edək ki, 2014-cü ildən etibarən Bakıda fəaliyyət göstərən mağazada "Ferrari" brendinə məxsus kişi, qadın, uşaq geyim və aksesuarları satılır.
Şərhlər