Ukrayna əsilli rusiyalı müğənni Lolita Milyavskaya Bakıda iştirak etdiyi “Jara” festivalından qayıdan sonra İnstagram-da onun hesabına abunə olanların sayının 1 milyona çatdığını görüb.
"Qaynarinfo" virtualaz.org-a istinadən xəbər verir ki, müğənni bu hadisəni özünəxas tərzdə qeyd edib.
Belə ki, müğənni həmin vaxt evdə bu əlamətdar hadisəni qeyd etməyə nə şamlar, nə şar tapıb. Evdə tort da olmayıb, çünki Lolitanın özünün dediyi kimi, tortu yeməyə heç kim yox idi və bu məmulat qalıb xarab ola bilərdi. Belə vəziyyətdə Lolitanın köməyinə Bakıda “Jara” festivalının təşkilatçılarının ona (görünür həm də qalan iştirakçılara) hədiyyə etdiyi prezervativ çatıb. O, cibindən prezervativi çıxararaq şar kimi üfürüb şişirdib, sonra onun üstünə 999999 rəqəmini yazaraq abunəçilərinin sayının 1 milyona çatması münasibətilə videorilik hazırlayaraq İnstagram-da yayıb.
Lakin qalmaqallı müğənninin bu hərəkəti onun pərəstişkarlarının heç də hamısını məmnun etməyib. Bir çoxları bunu özlərinə qarşı təhqir kimi qəbul edərək Lolitanın İnstagram hesabına abunəliyi ləğv ediblər. Buna baxmayaraq videorolik xeyli populyarlıq qazanıb və ona 300 mindən çox adam baxıb.
Xatırladaq ki, Lolita bundan əvvəl "Jara" festivalında geydiyi kombinezonla qalmaqal yaratmışdı.
Qaynarinfo.Az
Şərhlər