Xəbər lenti

Bakılı aktyor 79 yaşında ata oldu
Sənət 09:01 28.08.2019

Bakılı aktyor 79 yaşında ata oldu

Rusiyanın Xalq artisti, 79 yaşlı aktyor Emmanuil Vitorqan növbəti dəfə ata olub.

Bu barədə o, İnstaqram hesabında məlumat verib.

"Bizdə artım var. Dünyaya daha bir qız – Klaroçka gəldi”, - artist sevincli xəbəri sosial şəbəkədə paylaşıb.

Aktyorun İnstaqramda bölüşdüyü fotoda o, həyat yoldaşı, qızı Etel və yenicə doğulmuş körpəsi yer alıb.

"StarHit” dərgisi körpənin daşıyıcı ana (surroqat ana) tərəfindən dünyaya gətirildiyini yazıb.

Qeyd edək ki, Emmanuil Vitorqan 1939-cu il dekabrın 27-də Bakı şəhərində yəhudi ailəsində anadan olub. O, 100-dən çox filmdə rol alıb. ("Qafqazinfo”)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->