Xəbər lenti

Bakının
Video 20:50 08.12.2018

Bakının "avtomobil qəbiristanlığı": İşlənmiş hissələr yenisindən bahadır (VİDEO)

Sürücülərin "ölüxana" adı verdikləri yerlər var ki,orada avtomobilin istənilən ehtiyat hissəsini tapmaq mümkündür. Hətta bəzi detallar təzəsindən belə bahadı. Işlənmiş ehtiyat hissələrinə tələbat hər gün artmaqdadı.

1 manatdan 20 min manata qədər. Burda avtomobilə aid istənilən detalı tapmaq mümkündür.

İşlənmiş ehtiyat hissələri bazarına tələbat günü gündən artmaqdadır. Bir çox sürücü avtomobilin bəzi detallarının təzəsini almaqdansa ,işlənmişini almağa üstünlük verir.

Elə satıcılar da işlənbmiş avtomobilin üzərindən çıxarılan detalların alıcılarını hər zaman olduğunu deyir.

İşlənmiş ehtiyat hissələri yenisi ilə yarıbayarı qiymətə fərq edir.Üstəlik satılan məhsullara 1 həftəyə qədər qarantiya da verilir.

Elə detallar var ki ,onun istehsal olunan yeni verisyası avtomobilə uyğun gəlmir ,ya da tez sıradan çıxır.Ona görə də, belə ehtiyat hissələrinin qiyməti ya təzəsi ilə eyni qiymətə, ya da ondan baha olur.

İşlənmiş ehtiyat hissələri adətən Gürcüstan,Almaniya və Birləşmiş ərəb əmirliklərindən gətirlir. Bəzi hallarda isə qəzaya uğradıqdan sonra çı- daş edilmiş avtomibllərdən götürülür. (Xəzər TV)
 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!


 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->