Bu gün saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilələr Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yeni çəkilmiş diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, eləcədə Binəqədi rayonu 9-cu MKR Mircəlal küçəsində istismara yararsız diametri 108 mm-lik qaz xəttinin ləğvi, həmçinin yeni çəkilmiş diametri 225 mm-lik qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.
Qeyd edilib ki, görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Şərhlər