Xəbər lenti

Bakının girişində güclü toz dumanı müşahidə olunur (VİDEO)
Video 17:38 21.09.2019

Bakının girişində güclü toz dumanı müşahidə olunur (VİDEO)

Bakının Qaradağ rayonunda güclü toz dumanı müşahidə olunur.

Səhər saatlarından başlayan mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib. Nəticədə atmosfer havasında tozun miqdarı artıb.

Hətta Qaradağ rayonu ərazisində müşahidə olunan toz dumanı nəqliyyatın hərəkətinə maneələr yaradıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti şimal- qərb küləyinin sürətinin Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə isə 20 m/s-dək gücləndiyi barədə məlumçat yayıb. Güclü küləklə əlaqədar olaraq, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Videonu "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə paylaşıb.("Report")

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->