Xəbər lenti

Bakının mənzil bazarında dəyişiklik
Ekonomiks 10:45 13.05.2015

Bakının mənzil bazarında dəyişiklik

Aprel ayında Bakının təkrar mənzil bazarında təkliflərin sayı 1726 olub. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 18,7 faiz, 2015-ci ilin mart ayına olan göstəricidən isə 1,47 faiz azdır. 

Qaynar.info Trend-ə istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir. Apreldə ən çox təklif Bakının Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydə alınıb. Bu rayonların payına ümumi təklifin 66,8 faizi düşüb.

Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti mart ayı ilə müqayisədə 6,12 faiz azalaraq 1770 manat, xarici valyuta ilə qiyməti isə ay ərzində 5,96 faiz azalaraq 1689 dollar təşkil edib. Müqayisə üçün deyək ki, Bakıda 2015-ci ilin mart ayında təkrar mənzilin bir kvadratmetrinin qiyməti 1886 manat (1 796 dollar) olub.

Hesabatda qeyd olunur ki, martda təkrar mənzil bazarında qiymətlər 14 faiz artdığı halda, apreldə 6,12 faiz aşağı düşüb. Bu, fevralda baş verən devalvasiya ilə əlaqədardır. Bir çoxları əmanətlərini daşınmaz əmlaka yatırıblar ki, bu da bazarda qiymət artımına səbəb olub. Apreldə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb ki, bu da apreldə qiymətlərin düşməsinə səbəb olub. İkinci səbəb odur ki, paytaxtdakı mənzillərin qiyməti öz pik həddinə çatıb, indi isə tədricən düşməyə başlayıb.

Rayonlar üzrə 2015-ci ilin aprel ayı üçün mənzilin bir kvadratmetrinin orta bazar qiyməti aşağıdakı kimi olub: 

Rayonlar

Mart,2015

Aprel,2015

Aylıqdəyişiklik - %

Abşeron

1120

1024

-8,57%

Binəqədi

1644

1574

-4,26%

Qaradağ

1117

1045

-6,45%

Nərimanov

1906

1836

-3,67%

Nəsimi

1999

1902

-4,85%

Nizami

1682

1531

-8,98%

Səbail

2375

2314

-2,57%

Sabunçu

1218

1267

-4,02%

Suraxanı

1371

1367

-0,29%

Xəzər

1198

1152

-3,84%

Xətai

1663

1517

-8,78%

Yasamal

1740

1587

-8,79%


Hesabata əsasən, Bakıda 2015-ci ilin aprel ayında təkrar mənzil bazarında satış portfelinin əsas hissəsini kvadratmetri 2000 dollar (orta qiymətlə 1480 dollar) olan evlər təşkil edib. Bu evlərin payına 81,5 faiz düşüb. Bir kvadratmetr sahə üçün 2000-2500 dollar (orta qiymət 2160 dollar) diapazonunda dəyişən mənzillər ümumi satış həcminin 13,75 faiz təşkil edib. Qalan hissə (4,75 faiz) kvadratmetrinin qiyməti 2500 dollardan çox (orta qiymət 3000 dollar) olan mənzillərin payına düşüb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->