Paytaxtın Nəsimi rayonunda qanunsuz ağac kəsimi qeydə alınıb.
Söhbət rayon ərazisində yerləşən 5 saylı orta məktəbin yaxınlığından gedir. İddia edilir ki, tikinti işləri aparılan ərazidə iki ağac kəsilib və bir ağac düzgün olmayan şəkildə budanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanladıq. Bildirildi ki, operativ qaydada əraziyə baxış keçirilib:
"Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən araşdırma aparılıb. Faktla bağlı akt tərtib edilib. Nöqsanlara yol verən şəxslər barəsində aprelin 13-də polis orqanlarına müraciət edilib. Ərazidə kəsilmiş iki ağacın yerinə iki yeni ağac əkilib. Eyni zamanda ağaclara aqrotexniki xidmət göstərilib”.//oxu.az
Şərhlər