Foto 22:11 23.09.2019

Bakının mərkəzində su borusu partladı: Küçəni su basdı (FOTO)

Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.
 
Qaynarinfo xəbər verir ki, hadisə bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində baş verib.

Sakinlər hadisə ilə bağlı Xətai rayon Su İdarəsinə məlumat verdiklərini bildirib. Lakin saatlardır qəza xidməti əraziyə gəlmir.

Sakinlər ötən ay da ərazidə oxşar problemin baş verdiyini deyiblər.