Foto 13:31 02.05.2019

Bakının məşhur bulvarında sahibsiz itlər (FOTO/VİDEO)

Qaynarinfo-nun təqdim etdiyi görüntülər Böyük Şor Park-Bulvarının ərazisində çəkilib.

Fotoqraf Ramin Aslanovun lentə aldığı görüntülərdə insanların istirahət etdiyi, uşaqların əyləndiyi parkda sahibsiz itlərin sərbəst şəkildə hərəkət etdiyi görünür.

Son günlər sahibsiz itlərin yaratdığı problemləri sadalamaq niyyətində deyilik. Hər kəs baş verənlərdən xəbərdardı. Təəssüf ki, Böyük Şor Park-Bulvarı də hər an eyni problemlərin yaşana biləcəyi, insanların, xüsusən də uşaqların sahibsiz itlərin hücumuna məruz qala biləcəyi təhlükəli ərazilərdən birinə çevirilib.

Bu problem tez bir zamanda həll olunmalıdır. "Həll olunmalıdır" deyəndə heç də itləri güllələməyi vurğulamırıq. Müəyyən təşkilatlar, qurumlar artıq bu problemin normal şəkildə həllini tapmalı, sahibsiz itləri küçələrdən yığışdırılmalı, normal sığınacaqlara yerləşdirilməli, bir çox hallarda isə onlara yeni sahiblər tapılmalıdır.