Bakıya giriş-çıxışa məhdudiyyətlər qoyulacağı ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu sözləri Qaynarinfo-ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahdan bildiriblər.
"Bununla bağlı hər hansı rəsmi məlumat yoxdur”, - Qərargahdan bildirilib.
Xatıladaq ki, bu gün axşam saat 18:00-da müvəqqəti olaraq Bakıya giriş-çıxışın məhdudlaşdırılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bayram öncəsi Bakıya giriş-çıxışın dayandırılması koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə atıldığı deyilir.
Bahar Rüstəmli
Şərhlər