Xəbər lenti

Premyer Liqa: Lider "Sabah" "Qəbələ" ilə qarşılaşacaq
İdman09:20 10.03.2026

Premyer Liqa: Lider "Sabah" "Qəbələ" ilə qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında XXIII tura bu gün yekun vurulacaq.
"Report" xəbər verir ki, sonuncu matçda lider "Sabah" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 19:15-də start götürəcək.
"Sabah" 53 xalla turnir cədvəlində vahid liderdir. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə, "Zirə" "Kəpəz"lə (2:2) heç-heçə edib. "Qarabağ" "Araz-Naxçıvan"ı altı cavabsız qolla üstələyibsə, "Turan Tovuz" "Neftçi"ni minimal hesabla məğlub edib - 1:0.