Slovakiyanın əfsanəvi futbolçusu və məşqçisi Yozef Adamets vəfat edib.
Qaynarinfo xəbər verir ki, mərhum 76 yaşında Trnava şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib.
Adamets Çexoslovakiya yığmasındakı çıxışı ilə yanaşı təyyarədən qorxması ilə də ad çıxarıb.
Bildirilir ki, Y.Adamets Slovakiya yığmasına rəhbərlik etdiyi 1999 - 2002-ci illərdə Mərkəzi Amerikada keçirilmiş turnirə uçmaqdan imtina edib. O, 2000-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla səfər oyununa gələn zaman 5 saatlıq uçuş boyu təyyarənin tavanına baxaraq, dua edib.
Qeyd edək ki, 9 oktyabr 1999-cu ildə Bakıda baş tutmuş Azərbaycan – Slovakiya oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Şərhlər