Xəbər lenti

Bali adası səssizliyə bürünəcək
Dünya 17:13 16.03.2018

Bali adası səssizliyə bürünəcək

İndoneziyanın Bali adası səssizliyə bürünəcək.

Qaynarinfo xəbər verir ki, adanın əhalisinin böyük hissəsini təşkil edən hindular Nyepi adlı bayramı qeyd edəcəklər. Səssizlik mərasimi ərzində 24 saat küçəyə çıxmaq qadağan olacaq. Gün ərzində təyyarə səfərləri ləğv ediləcək, internet və mobil telefonların istifadəyə yol verilməyəcək. Küçələrdə sadəcə hamının qaydaya tabe olmasına nəzarət edən "Pecalang" adlanan təhlükəsizlik əməkdaşları yer alacaq.

Şeytanın yerə enişi simvoluna çevrilən Nyepi bayramında hindular uğursuzluqları qovmaq üçün danışma, əylənmə, elektrik istifadəsi kimi günlük fəaliyyətlərdən 1 günlük uzaqlaşırlar. Bu bayram Bali də həm də yeni il hesab olunur.

Qadağalardan narazı qalan turistlər qonşu Lombok adasına axın edirlər.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->