Bank hesablarından oğurluq edən şəxs saxlanıldı

Bank hesablarından oğurluq edən şəxs saxlanıldı

Bakıda bank hesablarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 6 nəfərin bank hesablarından ümumilikdə 2 352 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

X
XƏBƏRLƏR
BLOGLAR