Xəbər lenti

Bank Respublika və ABA ”Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqənin qaliblərini elan etdi (R)
Ekonomiks 16:15 08.11.2019

Bank Respublika və ABA ”Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqənin qaliblərini elan etdi (R)

Bank Respublika və Azərbaycan Banklar Assosasiyasının (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda "Ən yaxşı məqalə” və "Ən yaxşı video çarx” nominasiya üzrə keçirdiyi müsabiqənin qalibləri elan olundu.

Müsabiqənin keçirilməsində əsas məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılması, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarət idi.

Sentyabrın 26-da başlayan müsabiqəyə bir çox universitet tələbələri qoşulmuşdur. Müsabiqədə iştirak üçün tələbələr tərəfindən çoxlu sayda maraqlı və kreativ işlər göndərilmişdir. Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblər ölkəmizdə "Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılmışdır.

Ən yaxşı məqalə:
I yer - Nicat İbrahimzadə (Azərbaycan Dövlət İqtisad Universiteti)
II yer – Yunus Babasoylu (Bakı Mühəndislik Universiteti)
II yer – Səbir Məmmədova (Azərbaycan Dillər Universiteti)

Ən yaxşı video:
I yer – Aydan Xudiyeva (Odlar Yurdu Universiteti)
I yer – Heydər Məmmədov (Bakı Dövlət Universiteti)

Qeyd. Ən yaxşı video müsabiqəsində hər iki iştirakçı I yerə layiq görülüb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->